30 yaşlı bloqer estetik əməliyyat zamanı vəfat etdi

30 yaşlı bloqer estetik əməliyyat zamanı vəfat etdi

Hazırda oxunan: 30 yaşlı bloqer estetik əməliyyat zamanı vəfat etdi
627015
Xəbərləri Google-da birbaşa bizim.media-dan alın Google-da bizim.media-ya abunə ol Google axtarışında bizim.media-nı seçilmiş mənbə kimi əlavə edin Abunə ol

Meksikalı bloqer və model Adriana Qarsiya estetik əməliyyat zamanı həyatını itirib.

Bizim.Media xəbər verir ki, bu barədə xarici KİV məlumat yayıb.

Hadisə çərşənbə axşamı səhər Meksikanın Kulyakan şəhərində baş verib. İlkin məlumata görə, 30 yaşlı qadın plastik əməliyyat keçirərkən ağır fəsadlar yaranıb və bu, onun ölümünə səbəb olub. Hazırda ölümün rəsmi səbəbi açıqlanmayıb. Meksikanın Səhiyyə Nazirliyi və hüquq-mühafizə orqanları faktla bağlı araşdırma aparır.

Bildirilib ki, Adriana Qarsiyanın 6 yaşlı qızı anasız qalıb.

Adriana Qarsiya TikTok və Instagram platformalarında gözəllik mövzusunda paylaşımları ilə tanınırdı. O, həmçinin məhdud sayda istehsal olunan idman ayaqqabıları, kepkalar və lüks saatların satışı ilə məşğul olan Drop Shop brendi ilə əməkdaşlıq edirdi.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Bizim.media tətbiqi
Xəbərləri tətbiqdə oxuyun
Bizim.media tətbiqini yükləyin, son xəbərlər bildirişlə telefonunuzda olsun.
YükləApp Store YükləGoogle Play

XƏBƏR LENTİ

Bugün
Dünən

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO