Şoyqu: "2018-ci ildə Ermənistanda saxta məlumatlardan geniş istifadə olunub"

Şoyqu: "2018-ci ildə Ermənistanda saxta məlumatlardan geniş istifadə olunub"

Hazırda oxunan: Şoyqu: "2018-ci ildə Ermənistanda saxta məlumatlardan geniş istifadə olunub"
619993
Xəbərləri Google-da birbaşa bizim.media-dan alın Google-da bizim.media-ya abunə ol Google axtarışında bizim.media-nı seçilmiş mənbə kimi əlavə edin Abunə ol

Rusiya Təhlükəsizlik Şurasının katibi Sergey Şoyqu "Izvestiya" qəzetindəki məqaləsində Qərbin müəyyən ölkələrdə siyasi rejimləri dəyişmək üçün yalan xəbərlər (feyklər) yaydığını və kütlələri idarə etmək üçün xüsusi mexanizmlər qurduğunu bəyan edib.

Bizim.Media xəbər verir ki, Şoyqunun sözlərinə görə, hakimiyyəti gözdən salmaq məqsədilə xarici kuratorların nəzarətindəki media və sosial şəbəkələr vasitəsilə saxta məlumatların dövriyyəyə buraxılması metodundan 2018-ci ildə Ermənistandakı etirazlar zamanı, həmçinin 2024-cü ildə Gürcüstanda və 2026-cı ilin əvvəlində Macarıstandakı seçki kampaniyalarında geniş istifadə olunub.

Rusiya rəsmisi həmçinin qeyd edib ki, ölkələrin daxili sosial-iqtisadi problemləri və rəhbərliyin səhvləri "rəngli inqilablar"ın reallaşmasına zəmin yaradır, lakin burada əsas təşkilatçı qüvvə Qərb qeyri-hökumət təşkilatları və fondlarıdır. Şoyqu Serbiya nümunəsini çəkərək, son on ildə bu növ Qərb təşkilatlarının sayının iki dəfə artaraq 38 minə çatdığını vurğulayıb.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Bizim.media tətbiqi
Xəbərləri tətbiqdə oxuyun
Bizim.media tətbiqini yükləyin, son xəbərlər bildirişlə telefonunuzda olsun.
YükləApp Store YükləGoogle Play

XƏBƏR LENTİ

Bugün
Dünən

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO