Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Almaniya Prezidenti Frank-Valter Ştaynmayerlə söhbətində İranla bağlı müharibənin nəticələrinin Avropaya da yayıldığını və vəziyyətin daha da ağırlaşa biləcəyini bildirib.
Bizim.Media xəbər verir ki, bu barədə Türkiyə Prezidentinin mətbuat xidməti məlumat yayıb.
Bildirilib ki, Ərdoğan regiondakı müharibənin artıq Avropaya da mənfi təsir göstərməyə başladığını vurğulayıb.
Türkiyə lideri qeyd edib ki, sülhyönümlü yanaşma nümayiş etdirilməsə, münaqişənin vuracağı zərər daha böyük olacaq.
Ərdoğan, həmçinin bildirib ki, Türkiyə İranda olduğu kimi, Rusiya-Ukrayna münaqişəsinin də danışıqlar yolu ilə başa çatdırılması və davamlı sülhə nail olunması üçün səylərini davam etdirir.

Bizim.Media

- A-
- A
- A+
Region
11:15 / 23.04.2026
Ərdoğan: İran müharibəsinin nəticələri Avropada da vəziyyəti ağırlaşdıra bilər - FOTO
Hazırda oxunan: Ərdoğan: İran müharibəsinin nəticələri Avropada da vəziyyəti ağırlaşdıra bilər - FOTO
Hazırda oxunan: Ərdoğan: İran müharibəsinin nəticələri Avropada da vəziyyəti ağırlaşdıra bilər - FOTO
608845
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.


































































































