“Ermənistan prezidenti Armen Sarkisyan istefa verdi və batan gəmidən qaçdı”.
Bizim.Media xəbər verir ki, bu fikirləri Telegram kanalında rusiyalı hərbi ekspert İqor Korotçenko yazıb.
O, Armen Sarkisyanın bəyanatındakı bu sözləri xatırladıb:
“Ermənistan prezidenti ölkə və millət üçün indiki çətin dövrdə daxili və xarici siyasətin fundamental proseslərinə təsir göstərmək üçün lazımi alətlərə malik deyil”.
İqor Korotçenko hesab edir ki, Paşinyan Robert Köçəryan və Serj Sarkisyanın əvvəllər prezidentlikləri zamanı malik olduqları səlahiyyətlərlə Ermənistanın prezidenti olmaq ideyasını çoxdan bəyənib:
“Baş nazir postu isə sövdələşmə obyektinə çevriləcək, onun sahibi maliyyə-iqtisadi sahədə uğursuzluqlara görə həmişə istefaya göndərilə bilər”.
Hərbi ekspert “Görək bu plan həyata keçəcəkmi?” sualına özü cavab verib:
“Bu, Ermənistanın Konstitusiyasına və qanunvericiliyinə yenidən baxılmasını tələb edəcək. Eyni zamanda, qonşulara ərazi iddialarından əl çəkmək və Qarabağın Azərbaycan olduğunu hüquqi cəhətdən tanımaq mümkün olacaq”.
Bizim.Media
- A-
- A
- A+
Region
23:00 / 23.01.2022
“Armen Sarkisyan batan gəmidən qaçdı” - İqor Korotçenko
Hazırda oxunan: “Armen Sarkisyan batan gəmidən qaçdı” - İqor Korotçenko
Hazırda oxunan: “Armen Sarkisyan batan gəmidən qaçdı” - İqor Korotçenko
56798
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.