Paşinyandan gözlənilməz ETİRAF – “Gərək 7 rayonu qaytaraydıq” - VİDEO

Hazırda oxunan: Paşinyandan gözlənilməz ETİRAF – “Gərək 7 rayonu qaytaraydıq” - VİDEO

40330

Litvada səfərdə olan Ermənistanın Baş naziri Nikol Paşinyan Qarabağ münaqişəsi və Şuşa ilə bağlı danışıb. 

Bizim.Media xəbər verir ki, Paşinyan müharibədən yayınmağın yeganə yolunun torpaqları geri qaytarılmaq olduğunu bildirib: 

"Bu gün çoxları müharibəyə yol verməməkdən danışır. Bunun yeganə şərti ərazilərin qaytarılması idi. Odur ki, müharibəyə yol verməmək üçün biz əraziləri qaytarmalıydıq. Ən azı beş rayonu, o biri iki rayon məsələsi başqadır. Əslində isə gərək qeyd-şərtsiz 7 rayonu qaytaraydıq”. 
 

MÖVZU İLƏ BAĞLI:

“Ermənistan ən çətin problemlərlə üzləşir” – Paşinyanın ETİRAFI


Paşinyanın Şuşa ilə bağlı fikirləri daha maraqlı olub. O bildirib ki, bu şəhər ermənilərin nəzarəti altında olarkən heç bir yaşayış binası tikilməyib: 

"Bu gün əlehdarlar Şuşa haqqında danışırlar. Bəs, 30 il ərzində Şuşada neçə yaşayış binası tikilib? Cavab verirəm, heç biri. Pulları olmayıb? Nədir bunun səbəbi? Məncə, cavabı aydındır”. 

Görüş iştirakçılarından birinin "Yəqin saxlaya biləcəklərinə əmin olmayıblar” replikasına "bunu siz dediniz, mən yox” cavabını verib. 

Bizim.Media

 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO