Ermənilər Fərrux kəndindən çıxdılar – Ağdərə istiqamətində yalnız bir postları qalıb

Hazırda oxunan: Ermənilər Fərrux kəndindən çıxdılar – Ağdərə istiqamətində yalnız bir postları qalıb

38795

Qanunsuz erməni silahlı dəstələrinin mövqelərdən çıxarılmasına start verilib. Proses Ağdərə istiqamətində başlayıb. Belə ki, erməni mövqelərinin 10-dan yalnız 1-i qalır.

Boşaldılan erməni mövqeləri Rusiya sülhməramlıları tərəfindən partladılır, Azərbaycan tərəfi isə partladılmış mövqeləri buldozerlərlə doldurur.

Ermənilərin çıxdığı mövqelərdən, xüsusilə mübahisəli məntəqələrdə Rusiya sülhməramlıları yerləşir.
 

MÖVZU İLƏ BAĞLI:

Ağdərə nə vaxt Azərbaycanın yurisdiksiyasına veriləcək? – Tarix açıqlandı – VİDEO


Bizim.Media xəbər verir ki, bu fikirləri sosial şəbəkədə jurnalist Səxavət Məmməd yazıb.

Onun sözlərinə görə proses davam edəcək, mərhələli şəkildə Xocavənd, Şuşa və digər istiqamətlərdə də bu iş aparılacaq:

“Düşünürəm ki, bu proses yekunlaşandan sonra əraziyə polis daxil ola biləcək. Ağdamla bağlı narahatlıq Fərrux dağı idi. Artıq Fərruxda ermənilər posta çıxmır. Fərrux kəndini isə boşaldıb gediblər”.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO