Yuxarı Saral kəndində baş verən qətl hadisəsində günahlandırılan gəncin anası Samaya Əliyeva jurnalistlərə açıqlamasında bildirib ki, qarşı tərəfdən 10 nəfər onların evinə hücum edərək həyat yoldaşını döyüblər.
Bizim.Media xəbər verir ki, onun sözlərinə görə, evlərinə hücum edən şəxslər həyat yoldaşına küt əşyalarla zərbə endiriblər.
“Oğlum onların qızlarından boşandı, o vaxtdan bəri heç bir münaqişə yaşamadılar, dünən nə olduğunu bilmirəm. Gecə oğlum oraya gedib və bu bəla baş verib.
MÖVZU İLƏ BAĞLI:
Marneulidə azərbaycanlı ailənin 2 üzvünün qətlinin TƏFƏRRÜATI - VİDEO
Hadisədən sonra qızın ailəsindən dəmir və ağac dəyənəklərlə silahlanmış təxminən 10 nəfər evimizə hücum etdilər, həyətdə iki maşını məhv etdilər, sonra ərim çıxdıqda ona hücum etdilər, başına küt əşyalarla vurdular.
Onu huşsuz gördükdən sonra “gəlin həyat yoldaşını da öldürək” dedilər və bu zaman körpə uşaq qucağımda arxa həyətə qaçdım. Ərim hazırda xəstəxanadadır, onun vəziyyəti ağırdır”, deyə S. Əliyeva bildirib.
Qeyd edək ki, Yuxarı Saral kəndində qətl hadisəsi törədən gəncin atasını döydüyünə və avtomobillərinə ziyan vurduğuna görə 1970-ci il təvəllüdlü və 1994-cü il təvəllüdlü şəxslər artıq saxlanılıblar.
Xatırladaq ki, ötən gecə Yuxarı Saral kəndində ailə münaqişəsi zəminində bir nəfər gənc keçmiş həyat yoldaşını və qaynatasını güllələyərək öldürüb, qaynı və qaynanasını isə yaralayıb.
Bizim.Media