“Qarabağ məsələsində Ermənistanın müttəfiqi yoxdur” - Ter-Petrosyanın ETİRAFI

Hazırda oxunan: “Qarabağ məsələsində Ermənistanın müttəfiqi yoxdur” - Ter-Petrosyanın ETİRAFI

23958

Dağlıq Qarabağ məsələsində Ermənistanın müttəfiqi yoxdur və bunu hamı bilməlidir. 

Bizim.Media xəbər verir ki, bu fikirləri Erməni Milli Konqresinin lideri, Ermənistanın ilk prezidenti Levon Ter-Petrosyan seçki proqramının təqdimatında səsləndirib.

Onun sözlərinə görə, ölkənin demək olar ki, bütün siyasi partiyaları Ermənistanın Qarabağ münaqişəsində müttəfiqlərinin olmadığını başa düşə bilmirlər, lakin insanlar Amerikaya, İrana və ya başqa kiməsə ümidlə baxırlar.

Partiyanın siyasi proqramında erməni diplomatiyasının hər istiqamətdə inkişaf etdirilməsinin, həmçinin Rusiya ilə qarşılıqlı strateji maraqlara əsaslanan münasibətlərin dərinləşdirilməsinin zəruriliyi qeyd olunur.

"Eyni səhvi təkrarlasaq, bütün dünya üçün ən acınacaqlı ölkəyə çevriləcəyik. Bunu istəyirikmi?", deyə Ter-Petrosyan soruşub.

“Təəssüf ki, seçkilər ərəfəsində Ermənistanda nəyin bahasına olursa-olsun hakimiyyətə gəlmək istəyən iki qütb yaradılıb. Onlar nəhəng maliyyə, inzibati və cinayət mənbələrinə malikdir və məqsədlərinə çatmaq üçün hər hansı bir addımı atacaqlar. Bu zaman yaranacaq təhlükələrdən danışmaq istəmirəm”, deyə keçmiş prezident əlavə edib.

Ter-Petrosyan qeyd edib ki, hökuməti dəyişdirərək və keçid anti-böhran hökuməti quraraq ölkə böhrandan çıxarıla bilər. 

O, daha əvvəl digər iki eks-prezidentə etdiyi təklifi xatırladıb:

“Dedim ki, keçid hökuməti qursunlar və heç bir vəzifə tutmasınlar. Ancaq Robert Köçəryan və Serj Sarkisyan buna razı olmadılar”.

Ter-Petrosyana görə, bu qütbün heç bir tərəfinin belə proqramı yoxdur, bir-biri ilə vuruşmaqla məşğuldurlar.

“Qarşıdakı seçkilər ölkənin tarixində ən biabırçı hala gələ bilər”, deyə Ermənistanın keçmiş başçısı qeyd edib. 

Ter-Petrosyan əlavə edib ki, hər iki tərəfdə mümkün pozuntular seçki məntəqələrindəki münasibətlərin aydınlaşdırılmasına gətirib çıxaracaq və böyük toqquşmalara çevriləcək.

Xatırladaq ki, Ermənistanda erkən parlament seçkiləri iyunun 20-nə təyin edilib. Ölkədəki seçki kampaniyası rəsmi olaraq 7 iyunda başlayıb. Seçkilərdə iştirak etmək üçün 22 partiya və 4 blok qeydiyyatdan keçib. Ermənistanda seçicilərinin reyestrinə daxil edilmiş ümumi seçicilərin sayı 2 581 093 nəfərdir.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO