Ermənistan ordusunda ölən hərbçilərin sayı ARTIR

Ermənistan ordusunda ölən hərbçilərin sayı ARTIR

Hazırda oxunan: Ermənistan ordusunda ölən hərbçilərin sayı ARTIR

217358

Qeyri-döyüş şəraitində Ermənistan ordusunda itkilərin sayı hər gün artır.

Bizim.Media xəbər verir ki, bu barədə "hraparak.am" saytı yazıb.
 

Mənbə keçən həftə 2 hərbçinin öldüyünü qeyd edib və bildirib ki, hakimiyyət bunun günahını öz üzərinə götürmür.


Sayt bildirir ki, hazırda orduda “qarışıqlıq” hökm sürür, ciddi zabit çatışmazlığı var.

Əldə edilən məlumata görə, dünən baş nazirin müavini Mqer Qriqoryanın rəhbərliyi ilə mövzu ilə bağlı müzakirə aparılıb.

Milli Müdafiə Komitəsinin sədr müavini Armen Xaçatryan qanuna dəyişikliklərin işlənib hazırlanması üçün vəsaitin ayrılmasını və istefada olan zabitlərin hərbi xidmətə çağırılmasını təklif edib.

Onun sözlərinə görə, hərbi hissələr 18-20 yaşlı gənclərə arxalanmamalıdır: "Bu da belə ölümlərin statistikası ilə nəticələnir".

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO