“Tərəflər arasında barışıq əldə olundu” – Gürcü nazir

“Tərəflər arasında barışıq əldə olundu” – Gürcü nazir

Hazırda oxunan: “Tərəflər arasında barışıq əldə olundu” – Gürcü nazir

21466

“Tərəflər arasında mübahisə başa çatıb və barışıq əldə olunub”.

Bizim.Media xəbər verir ki, bu fikirləri dünən jurnalistlərə açıqlamasında Gürcüstanın daxili işlər naziri Vaxtanq Qomelauri səsləndirib.

“Ancaq əlavə polis qüvvələri bu gecə ərzində Dmanisidə qalacaq”, deyə V.Qomelauri qeyd edib.
 

MÖVZU İLƏ BAĞLI:

Dmanisi hadisələrində erməni təxribatı – Svanları kim təxribata çəkib?


Nazir bildirib ki, insidentlə bağlı istintaq davam etdirilir.

Dmanisidə yerli sakinlər arasında qarşıdurma iki gün əvvəl başlayıb. Qarşıdurmaya səbəb yerli baqqal mağazalarından birinin satıcı xanımının alkoqollu içkilərin borca gənclərə satılmasını rədd etməsi olub. Qadının dediyinə görə, narazı alıcılar ona pis sözlər deyiblər və qızını qorumağa çalışan ata gənclər tərəfindən döyülüb.

Mətbuatda yayılan məlumatlara görə, münaqişə bazar günü etnik azərbaycanlılar və svanlar arasında meydana gəlib, bazar ertəsi səhər yenə alovlanıb.

Gürcüstan Daxili İşlər Nazirliyi Dmanisi sakinlərini iğtişaşları dayandırmağa və hüquq-mühafizə orqanlarının tələblərinə tabe olmağa çağırıb.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO