Rusiya Xankəndində təlimlərə başladı - SON DƏQİQƏ - FOTO

Hazırda oxunan: Rusiya Xankəndində təlimlərə başladı - SON DƏQİQƏ - FOTO

18316

“Dağlıq Qarabağda yerləşən Rusiya sülhməramlı kontingentinin hərbi qulluqçuları 1941-1945-ci illər Böyük Vətən müharibəsində Qələbənin ildönümü ilə bağlı təntənəli yürüşün məşqlərinə başlayıb”.

Bizim.Media xəbər verir ki, bu barədə Rusiya Müdafiə Nazirliyinin saytında məlumat yerləşdirilib.
 

MÖVZU İLƏ BAĞLI:

Rusiyadan Şuşa – Qırmızı Bazar yolu ilə bağlı AÇIQLAMA


“Stepanakert (Xankəndi-red) şəhərindəki hava limanında təxminən 400 rus hərbçisi təlimə cəlb olunur. Rusiyanın Dağlıq Qarabağdakı sülhməramlı kontingentinin əsasını təşkil edən Mərkəzi Hərbi Dairənin 15-ci briqadasının şəxsi heyəti təntənəli yürüşün keçməsi üçün məşqlərdə iştirak edirlər.

Bundan əlavə, Müdaxilə Mərkəzinin bölmələri, hərbi polis, xüsusi təyinatlı tibbi hissə də məşqlərə cəlb edilir”,- deyə məlumatda bildirilib.

Bildirilib ki, parad heyətlərinin təlimləri mütəmadi olaraq, sülhməramlı kontingentin vəzifələrinin icrasına mane olmadan həyata keçirlir.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO