Rusiyadan Şuşa – Qırmızı Bazar yolu ilə bağlı AÇIQLAMA

Rusiyadan Şuşa – Qırmızı Bazar yolu ilə bağlı AÇIQLAMA

Hazırda oxunan: Rusiyadan Şuşa – Qırmızı Bazar yolu ilə bağlı AÇIQLAMA

18312

“Rusiya sülhməramlıları vəziyyəti gecə-gündüz izləyir və atəşkəs rejiminə əməl olunmasına nəzarət edirlər”.

Bizim.Media xəbər verir ki, bu barədə Rusiya Müdafiə Nazirliyinin saytında məlumat verilib..
 

MÖVZU İLƏ BAĞLI:

Rus hərbi həkimlər Qarabağda ermənilərə yardım göstərdi – Funksiyalarını unudublar - VİDEO


Məlumata görə, atəşkəs bütün təmas xətti boyunca müşahidə olunur.

Bildirilib ki, Rusiya sülhməramlıları aprelin 18-də dördü şimal və cənub istiqamətində Laçın dəhlizindən, bir karvan Şuşa – Qırmızı Bazar - Qacar marşrutu boyunca və ikisi əks istiqamətdə olmaqla Azərbaycanın Silahlı Qüvvələrinin yeddi karvanını müşayiət edib.

Bildirilib ki, Rusiya sülhməramlı kontingentinin nümayəndələri Xankəndidəki Rusiya Humanitar Missiyası ilə birlikdə yerli sakinlərə kömək məqsədilə dörd humanitar aksiya keçiriblər.

Məlumata görə, Humanitar Minalardan Təmizləmə Mərkəzinin minalardan təmizlənməsi qrupları Dağlıq Qarabağ ərazisinin minalardan təmizlənməsi üzrə işlərini davam etdirirlər.

Qeyd olunub ki, sülhməramlılar məsuliyyət zonasında baş verə biləcək hadisələrin qarşısını almaq istiqamətində səyləri koordinasiya etmək üçün Azərbaycan və Ermənistan silahlı qüvvələrinin baş qərargahları ilə mütəmadi qarşılıqlı əlaqə saxlayır.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO