Rusiya Ermənistanda dövlət çevrilişi hazırlayırmı? - RƏSMİ CAVAB - VİDEO

Rusiya Ermənistanda dövlət çevrilişi hazırlayırmı? - RƏSMİ CAVAB - VİDEO

Hazırda oxunan: Rusiya Ermənistanda dövlət çevrilişi hazırlayırmı? - RƏSMİ CAVAB - VİDEO

154951

Rusiyanın Ermənistanda dövlət çevrilişi hazırlaması ilə bağlı internet resurslarında tirajlanan məlumatlar yalandır.

Bizim.Media xəbər verir ki, bu informasiyanı Rusiya Xarici İşlər Nazirliyinin rəsmisi Mariya Zaxarova yayıb.

“Fotolar varmı? Və ya bəlkə bir video? Bu cür bəyanatlar nəyə əsaslanaraq verilir? Niyə yalnız üç min? Niyə üç katrilyon və ya bir yarım insan olmasın? Bütün bunlar haradan qaynaqlanır, faktlar haradadır? Ərazi ilə heç olmasa bir əlaqə varmı? Bu qədər insandan danışırıqsa, onlar haradadırlar? Bu, hələ bir milyard əhalisi olan ölkə deyil, əhalisi az olan ölkədir. Biz yəqin ki, bu insanları görərdik. Bunların hamısı başqa mifologiya kateqoriyasındandır. Mən bunu saxtakarlıq kimi təsnif edə bilərəm", deyə o, qeyd edib.

Xatırladaq ki, bir müddət əvvəl erməni mətbuatında Jirayr Sefilyana istinadən 3 min “Vaqner” döyüşçülərinin əli ilə Rusiyanın Ermənistanda dövlət çevrilişi hazırlaması barədə məlumatlar yayılmışdı. 

Bizim.Media
 
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO