
- A-
- A
- A+
Təhsildə Keyfiyyət Təminatı Agentliyindən saxta sənədlərlə bağlı AÇIQLAMA
Təhsildə Keyfiyyət Təminatı Agentliyi (TKTA) Hesablama Palatasının audit nəticələri ilə bağlı mediada yayılan “TKTA-da saxta diplomlar aşkarlandı” məzmunlu xəbərlərə münasibət bildirib.
Bizim.Media xəbər verir ki, TKTA-nın açıqlamasında qeyd olunub ki, bu cür başlıqlar Hesablama Palatasının məlumatındakı faktları tam və düzgün əks etdirmir.
Agentlik izah edib ki, söhbət TKTA-nın özündə saxta diplomların aşkar edilməsindən yox, xaricdə təhsil alan şəxslərin diplomlarının tanınması üçün təqdim etdiyi sənədlərin yoxlanılması zamanı saxta sənədlərin müəyyən edilməsindən gedir.
TKTA bildirir ki, diplomun həqiqi olub-olmadığını yoxlamaq üçün xarici universitetlərə sorğular göndərilir. Universitetdən alınan cavab əsasında sənədin saxta olduğu müəyyənləşərsə, həmin diplom tanınmır.
Saxta sənədlə bağlı hüquq pozuntusu əlamətləri müəyyən edilərsə, məsələ hüquqi qiymət verilməsi üçün aidiyyəti dövlət orqanlarına göndərilir.
Agentlik həmçinin bildirib ki, Hesablama Palatasının auditində yalnız diplom məsələləri deyil, maliyyə idarəçiliyi, dövlət satınalmaları, müqavilələrə nəzarət, gəlir və xərclər kimi məsələlər də araşdırılıb.
TKTA mediadan audit nəticələrini təqdim edərkən faktları hesabatdakı kontekstdə verməyi və məlumatları əlavə ümumiləşdirmələrlə təhrif etməməyi xahiş edib.
Bizim.Media
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

































































































