
- A-
- A
- A+
Ata zarafatına görə pivə bakalını dostunun başında sındırdı
Hacıqabulda dostlar yeyib-içmək məclisində dava ediblər.
Bizim.Media oxu.az-a istinadən xəbər verir ki, hadisə rayonun Ələtli kəndində baş verib.
Kənd sakini, 1992-ci il təvəllüdlü Tural Məmmədov (soyad şərtidir - red.) həyətlərində ot yığarkən qonşusu Arifin yaxınlıqda balıq tutduğunu görüb.
O, Arifi köməyə çağırıb. Bu vaxt onların həmkəndliləri Xəyal da oraya gəlib və hər iki şəxs Turala kömək edib. Dostlar işi bitirəndən sonra yaxınlıqdakı kafeyə gedib çörək yeyib, spirtli içki qəbul ediblər. Daha sonra dostlar pivə içməyə başlayıblar.
Bu vaxt Arif Turala zarafatla ata söyüşü söyüb. Spirtli içkinin təsiri altında olan Tural bundan əsəbiləşib və dostlar arasında mübahisə yaranıb. Bu zaman Tural əlindəki pivə bakalını Arifin başına vurub. Bakal qırılıb, Arif baş və sifət nahiyələrindən xəsarətlər alıb.
Hadisə yerinə polis əməkdaşları gəlib və Tural saxlanılıb. Faktla bağlı cinayət işi başlanılıb, iş məhkəməyə göndərilib. Məhkəmənin hökmü ilə T.Məmmədov 3 il azadlıqdan məhrum edilib. Məhkəmə ona Cinayət Məcəlləsinin 70-ci maddəsini tətbiq edib və cəzasını şərti hesab edib.
Bizim.Media
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
































































































