Piyadaların məsuliyyətsizliyi faciələrə səbəb oldu – ANBAAN VİDEO

Piyadaların məsuliyyətsizliyi faciələrə səbəb oldu – ANBAAN VİDEO

Hazırda oxunan: Piyadaların məsuliyyətsizliyi faciələrə səbəb oldu – ANBAAN VİDEO
644312
Xəbərləri Google-da birbaşa bizim.media-dan alın Google-da bizim.media-ya abunə ol Google axtarışında bizim.media-nı seçilmiş mənbə kimi əlavə edin Abunə ol

Ötən həftəsonu Tovuz və Goranboy rayonları ərazisində qeydə alınan piyadavurma hadisələri hələ də yollarda təhlükəsizlik kimi həyat əhəmiyyətli məsələyə biganə yanaşanların sayının az olmadığını göstərir.

Bizim.Media xəbər verir ki, bu barədə Baş Dövlət Yol Polisi İdarəsinin məlumatında qeyd olunub.
 

Belə ki, Tovuzun Əyyublu kənd sakini Ə.Məmmədov, saat 21:00 radələrində idarə etdiyi “VAZ” markalı avtomobillə Bakı-Qazax yolunun 423-cü kilometrində hərəkətdə olarkən yolu keçməyə çalışan həmkəndlisi A.Əsgərovu vurub.


Həmin yolun Goran qəsəbəsindən keçən 312-ci kilometrində, yənə də sutkanın qaranlıq vaxtı - saat 19:00 radələrində Y.Hüseynovun idarə etdiyi “Changan” markalı avtomobil Goranboy rayonunun Qarasüleymanlı kənd sakini E.Yusifovu vurub.

Hərəkət intensivliyi yüksək olan avtomagistralı qanunla nəzərdə tutulmayan yerdən keçməyə çalışan hər iki piyada aldıqları xəsarətlərdən həyatlarını itirib.

Faktlarla bağlı araşdırma aparılır.

Baş Dövlət Yol Polisi İdarəsi bir daha piyadalara müraciət edərək onlardan yolu piyadalar üçün nəzərdə tutulmuş yerlərdən keçməyi, sutkanın qaranlıq vaxtı xüsusilə ehtiyatlı olmağı, yolu keçərkən diqqəti yayındıran hərəkətlərdən çəkinməyi, nizamlama vasitələrinin tələblərinə qeyd-şərtsiz əməl etməyi, qəflətən avtomobil yoluna çıxmamağı xahiş edir. 


Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Bizim.media tətbiqi
Xəbərləri tətbiqdə oxuyun
Bizim.media tətbiqini yükləyin, son xəbərlər bildirişlə telefonunuzda olsun.
YükləApp Store YükləGoogle Play

XƏBƏR LENTİ

Bugün

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO