Azərbaycan və UNESCO arasında əməkdaşlığın inkişafı müzakirə edildi - FOTO

Azərbaycan və UNESCO arasında əməkdaşlığın inkişafı müzakirə edildi - FOTO

Hazırda oxunan: Azərbaycan və UNESCO arasında əməkdaşlığın inkişafı müzakirə edildi - FOTO
644400
Xəbərləri Google-da birbaşa bizim.media-dan alın Google-da bizim.media-ya abunə ol Google axtarışında bizim.media-nı seçilmiş mənbə kimi əlavə edin Abunə ol

Azərbaycanın xarici işlər nazirinin müavini Elnur Məmmədov ölkədə səfərdə olan UNESCO-nun Baş direktorunun müavini Asa Regner ilə görüşüb.

Bizim.Media xəbər verir ki, bu barədə Azərbaycanın Xarici İşlər Nazirliyi (XİN) məlumat yayıb.

Görüşdə, Azərbaycan ilə UNESCO arasında əməkdaşlığın mövcud vəziyyəti və inkişaf perspektivləri, mədəniyyətlərarası dialoq, təhsil, elm, süni intellekt, mədəni irs, dayanıqlı turizm, "İnsan və Biosfer" Proqramı, habelə Afrika ölkələrinə və kiçik adandövlətlərinə dəstək məsələləri müzakirə olunub.

Tərəflər 2013-cü ildə imzalanmış Çərçivə Sazişinin və yaradılmış Azərbaycan-UNESCO Etimad Fondunun əməkdaşlığın inkişafında mühüm rol oynadığını qeyd ediblər.

Azərbaycanın öz prioritetlərinə uyğun UNESCO proqram və layihələrinə dəstəyini davam etdirməkdə maraqlı olduğu vurğulanıb.
 

VII Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumunda UNESCO-nun fəal iştirakı məmnunluqla qarşılanıb. Təşkilat tərəfindən Forum çərçivəsində üç panelin təşkil olunduğunu qeyd olunub.


E. Məmmədov "Azərbaycan Respublikasının 2025-2028-ci illər üçün süni intellekt Strategiyası" və Rəqəmsal İnkişaf Şurası barədə məlumat verib. Süni intellekt texnologiyalarının ölkənin inkişafı və dövlət xidmətlərinin rəqəmsallaşdırılması istiqamətində tətbiq olunduğu bildirilib.

Asa Regner VII Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumunun yüksək səviyyədə təşkilinə və əməkdaşlığa görə Azərbaycana təşəkkürünü bildirib. UNESCO üçün prioritet istiqamət təşkil edən Afrika ölkələrinə, gender bərabərliyinə, qızların təhsilinə və kiçik ada dövlətlərinə Azərbaycanın göstərdiyi dəstəyi yüksək qiymətləndirib.

Görüşdə qarşılıqlı maraq doğuran digər məsələlərətrafında da fikir mübadiləsi aparılıb.





Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Bizim.media tətbiqi
Xəbərləri tətbiqdə oxuyun
Bizim.media tətbiqini yükləyin, son xəbərlər bildirişlə telefonunuzda olsun.
YükləApp Store YükləGoogle Play

XƏBƏR LENTİ

Bugün
Dünən

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO