Azərbaycan Yaponiya vətəndaşları üçün vizasız rejimi uzada BİLƏR

Azərbaycan Yaponiya vətəndaşları üçün vizasız rejimi uzada BİLƏR

Hazırda oxunan: Azərbaycan Yaponiya vətəndaşları üçün vizasız rejimi uzada BİLƏR
644332
Xəbərləri Google-da birbaşa bizim.media-dan alın Google-da bizim.media-ya abunə ol Google axtarışında bizim.media-nı seçilmiş mənbə kimi əlavə edin Abunə ol

Azərbaycan Yaponiya vətəndaşları üçün 2027-ci ilin iyulunda başa çatacaq vizasız rejimin müddətini uzada bilər, eləcə də ölkə onun qarşılıqlı olmasını təklif edir.

Bizim.Media xəbər verir ki, bunu Azərbaycan Prezidentinin köməkçisi - Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev "Bakı Mədəniyyət və Media Dialoqu Platforması" çərçivəsində keçirilən "Sülhün dili və dezinformasiyaya qarşı mübarizə" mövzusunda xüsusi sessiyada deyib.
 

"Biz bir il müddətinə vizasız giriş imkanı tətbiq etmişik və bu rejimin uzadılmasını gözləyirik. Lakin hesab edirik ki, bu, qarşılıqlı olmalıdır, çünki bir çox Azərbaycan vətəndaşı da Yaponiyaya səfər etmək istərdi", - H.Hacıyev deyib.


Onun fikrincə, iki ölkənin müvafiq qurumları və Xarici İşlər nazirlikləri tam qarşılıqlı vizasız rejimin tətbiqi məsələsi üzərində birgə işləyə bilərlər:

"Bu, turizm səfərlərini asanlaşdıracaq və mədəni proqramların genişləndirilməsinə töhfə verəcək".

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Bizim.media tətbiqi
Xəbərləri tətbiqdə oxuyun
Bizim.media tətbiqini yükləyin, son xəbərlər bildirişlə telefonunuzda olsun.
YükləApp Store YükləGoogle Play

XƏBƏR LENTİ

Bugün

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO