Türkiyədə dəniz üzərində yeni hava limanı tikiləcək - FOTO

Türkiyədə dəniz üzərində yeni hava limanı tikiləcək - FOTO

Hazırda oxunan: Türkiyədə dəniz üzərində yeni hava limanı tikiləcək - FOTO
644314
Xəbərləri Google-da birbaşa bizim.media-dan alın Google-da bizim.media-ya abunə ol Google axtarışında bizim.media-nı seçilmiş mənbə kimi əlavə edin Abunə ol

Türkiyənin Trabzon şəhərində dəniz üzərində yeni hava limanının tikintisinə hazırlıq işlərinə başlanılıb.

Bizim.Media xəbər verir ki, nəqliyyat və infrastruktur naziri Abdulkadir Uraloğlu layihə çərçivəsində dənizə 100 milyon ton materialın töküləcəyini açıqlayıb.

Nazirin sözlərinə görə, yeni hava limanı Türkiyənin dəniz üzərində inşa edilən üçüncü hava limanı olacaq.
 

Layihəyə 3 min metr uzunluğunda və 45 metr enində uçuş-enmə zolağı, paralel taksi yolu, eləcə də 1 370 metr uzunluğunda perron daxildir. Doldurulmuş ərazini dənizin təsirindən qorumaq üçün 6 min metr uzunluğunda qoruyucu bənd tikiləcək.


Hava limanında illik 10 milyon sərnişin tutumuna malik, 110 min kvadratmetr sahəsi olan terminal binası inşa ediləcək. Layihə Trabzonun artan sərnişin və yük daşımaları tələbatını qarşılamaq məqsədi daşıyır.

Türkiyədə dəniz üzərində yeni hava limanı tikiləcək - FOTO - foto 1

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Bizim.media tətbiqi
Xəbərləri tətbiqdə oxuyun
Bizim.media tətbiqini yükləyin, son xəbərlər bildirişlə telefonunuzda olsun.
YükləApp Store YükləGoogle Play

XƏBƏR LENTİ

Bugün

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO