Bu ölkədə 21 günlük karantin elan edildi

Bu ölkədə 21 günlük karantin elan edildi

Hazırda oxunan: Bu ölkədə 21 günlük karantin elan edildi
644339
Xəbərləri Google-da birbaşa bizim.media-dan alın Google-da bizim.media-ya abunə ol Google axtarışında bizim.media-nı seçilmiş mənbə kimi əlavə edin Abunə ol

Uqanda Ebola virusunun yayılmasının qarşısını almaq məqsədilə Konqo Demokratik Respublikasından qayıdan vətəndaşlar üçün 21 günlük karantin tətbiq edib.
 
Bizim.Media xəbər verir ki, bu barədə ölkənin səhiyyə naziri Kris Baryomunsi oktyabrın 25-də açıqlama verib.
 

Nazir bildirib ki, Uqandada hazırda Ebola epidemiyası qeydə alınmasa da, qonşu ölkələrdəki vəziyyətlə əlaqədar sərhəd-keçid məntəqələrində və Entebbe Beynəlxalq Hava Limanında tibbi nəzarət gücləndirilib.


Məlumata görə, Keniyada və Nigeriyada Ebola aşkarlanan şəxslər daha əvvəl Uqandadan keçiblər.

Nigeriyada qeydə alınan yoluxma halının genetik analizi virusun Keniyada aşkarlanan ştammla yaxın əlaqəsini göstərib. Lakin xəstələr arasında birbaşa təmas təsdiqlənməyib.

Uqanda rəsmiləri virusun mümkün yayılma yollarını araşdırdıqlarını bildiriblər.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Bizim.media tətbiqi
Xəbərləri tətbiqdə oxuyun
Bizim.media tətbiqini yükləyin, son xəbərlər bildirişlə telefonunuzda olsun.
YükləApp Store YükləGoogle Play

XƏBƏR LENTİ

Bugün

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO