Mədəkiçiltmə etdirdiyini etiraf etdi - VİDEO

Mədəkiçiltmə etdirdiyini etiraf etdi - VİDEO

Hazırda oxunan: Mədəkiçiltmə etdirdiyini etiraf etdi - VİDEO
644399
Xəbərləri Google-da birbaşa bizim.media-dan alın Google-da bizim.media-ya abunə ol Google axtarışında bizim.media-nı seçilmiş mənbə kimi əlavə edin Abunə ol

Müğənni Tacir Şahmalıoğlu səhhətində yaşadığı problemdən sonra efirə çıxıb.

Bizim.Media xəbər verir ki, sənətçi “Qonaqcanlı” proqramına qatılıb. İfaçının xeyli çəki atması diqqət çəkib.

T.Şahmalıoğlu bildirib ki, hazırda özünü yaxşı hiss etdiyini, səhhətinin düzəldiyini bildirib:

"İnsanların 80 faizi öd kisəsini kəsdirib. Xəstəliyə heç kim zəmanət vermir. Səhvimə görə bir az gecikdim. Ona görə də çəki itirdim. Əməliyyat olundum və evimə gəldim. Hamı elə bilir arıqlamaq üçün mədə kəsdirmişəm.

Mənim şəkərim var: ayaqlarım qaralır, görmə qabiliyyətim itir. Getdim Türkiyəyə, həkim dedi əməliyyatın içində mədəkiçiltmə olmalıdır. Mədəkiçiltmə etdirdim. Gəldim Bakıya və nə gəldi yedim, olmazdı. Ödüm partladı".

Qeyd edək ki, T. Şahmalıoğlu diabetdən əziyyət çəkdiyi üçün arıqlamağa çalışdığını açıqlamışdı. Daha sonra səhhəti pisləşən sənətçi xəstəxanaya yerləşdirilib və əməliyyat olunub. (axsam.az)



Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Bizim.media tətbiqi
Xəbərləri tətbiqdə oxuyun
Bizim.media tətbiqini yükləyin, son xəbərlər bildirişlə telefonunuzda olsun.
YükləApp Store YükləGoogle Play

XƏBƏR LENTİ

Bugün
Dünən

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO