Prezident BMT-nin Sivilizasiyalar Alyansının ali nümayəndəsini qəbul etdi – FOTO/VİDEO

Prezident BMT-nin Sivilizasiyalar Alyansının ali nümayəndəsini qəbul etdi – FOTO/VİDEO

Hazırda oxunan: Prezident BMT-nin Sivilizasiyalar Alyansının ali nümayəndəsini qəbul etdi – FOTO/VİDEO
644299
Xəbərləri Google-da birbaşa bizim.media-dan alın Google-da bizim.media-ya abunə ol Google axtarışında bizim.media-nı seçilmiş mənbə kimi əlavə edin Abunə ol

Oktyabrın 26-da Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev BMT Baş katibinin müavini, Sivilizasiyalar Alyansının ali nümayəndəsi, BMT-nin İslamofobiya ilə mübarizə üzrə xüsusi elçisi Migel Anxel Moratinosu qəbul edib.

Bizim.Media xəbər verir ki, Migel Anxel Moratinos Azərbaycanda növbəti Mədəniyyətlərarası Dialoq Forumunun təşkili münasibətilə təbriklərini çatdırdı.

Qonaq bu Forumun beynəlxalq səviyyədə mədəniyyətlərarası və dinlərarası dialoqun təşviqində mühüm platformaya çevrildiyini vurğuladı.

Migel Anxel Moratinos Azərbaycanın BMT-nin Sivilizasiyalar Alyansının fəaliyyətinə verdiyi dəstəyi yüksək qiymətləndirərək, ölkəmizin beynəlxalq miqyasda mədəniyyətlərarası və dinlərarası dialoqun təşviqində mühüm rol oynadığını qeyd etdi.
 

O, həmçinin Azərbaycanın islamofobiya ilə mübarizə sahəsində fəal mövqeyini, ölkəmizdə bu mövzuya həsr olunmuş beynəlxalq konfransların mütəmadi surətdə keçirilməsini təqdir etdi və BMT-nin Sivilizasiyalar Alyansının bu istiqamətdə Azərbaycanın səylərini dəstəklədiyini vurğuladı.


Migel Anxel Moratinos Azərbaycanın BMT-nin Sivilizasiyalar Alyansına verdiyi könüllü maliyyə töhfələrinə görə də təşəkkürünü bildirdi.

Prezident İlham Əliyev Azərbaycan ilə BMT-nin Sivilizasiyalar Alyansı arasında çoxillik uğurlu əməkdaşlığın mövcud olduğunu qeyd edərək, ölkəmizin bundan sonra da Alyansın fəaliyyətinə dəstəyini davam etdirəcəyini dedi.

Dövlətimizin başçısı Azərbaycanda keçirilən Mədəniyyətlərarası Dialoq Forumunun beynəlxalq ictimaiyyəti narahat edən aktual məsələlərin müzakirəsi və qarşılıqlı anlaşmanın təşviqi baxımından əhəmiyyətini vurğuladı.

Görüşdə Azərbaycan ilə BMT-nin Sivilizasiyalar Alyansı arasında əməkdaşlığın perspektivlərinə dair fikir mübadiləsi aparıldı.




Prezident BMT-nin Sivilizasiyalar Alyansının ali nümayəndəsini qəbul etdi – FOTO/VİDEO - foto 1
Prezident BMT-nin Sivilizasiyalar Alyansının ali nümayəndəsini qəbul etdi – FOTO/VİDEO - foto 2
Prezident BMT-nin Sivilizasiyalar Alyansının ali nümayəndəsini qəbul etdi – FOTO/VİDEO - foto 3
Prezident BMT-nin Sivilizasiyalar Alyansının ali nümayəndəsini qəbul etdi – FOTO/VİDEO - foto 4
Prezident BMT-nin Sivilizasiyalar Alyansının ali nümayəndəsini qəbul etdi – FOTO/VİDEO - foto 5
Prezident BMT-nin Sivilizasiyalar Alyansının ali nümayəndəsini qəbul etdi – FOTO/VİDEO - foto 6
Prezident BMT-nin Sivilizasiyalar Alyansının ali nümayəndəsini qəbul etdi – FOTO/VİDEO - foto 7

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Bizim.media tətbiqi
Xəbərləri tətbiqdə oxuyun
Bizim.media tətbiqini yükləyin, son xəbərlər bildirişlə telefonunuzda olsun.
YükləApp Store YükləGoogle Play

XƏBƏR LENTİ

Bugün

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO