Elnarə Baxış vəzifədən ayrıldı – FOTO

Elnarə Baxış vəzifədən ayrıldı – FOTO

Hazırda oxunan: Elnarə Baxış vəzifədən ayrıldı – FOTO
644325
Xəbərləri Google-da birbaşa bizim.media-dan alın Google-da bizim.media-ya abunə ol Google axtarışında bizim.media-nı seçilmiş mənbə kimi əlavə edin Abunə ol

Elnarə Baxış Milli Kibertəhlükəsizlik Agentliyin Elektron Təhlükəsizlik Xidmətinin ictimaiyyətlə əlaqələr şöbəsinin müdiri vəzifəsindən azad edilib.

Bizim.Media xəbər verir ki, bu barədə jurnalist sosial media hesabında məlumat paylaşıb.

Elnarə Baxış işdən öz istəyi ilə ayrıldığını vurğulayıb:

"Bugünlərdə Milli Kibertəhlükəsizlik Agentliyində fəaliyyətimin bir ilini geridə qoydum və növbəti aydan etibarən buradakı “vaxtımı dayandırmaq” qərarına gəldim.
 

Bir il o qədər çox müddət olmasa da, bəzən bir mühitin sənə nə qazandırdığını və ya nə qazandıra biləcəyini anlamaq, bunun nəticəsində isə gələcək istiqamətini müəyyənləşdirmək üçün tam kifayət edir.


Ötən müddət ərzində dəstək göstərən həmkarlara, jurnalist dostlarıma və bütün media nümayəndələrinə təşəkkür edirəm. Qarşıda yeni hədəflər var və onları reallaşdırmaq üçün yeni imkanların məni gözlədiyinə inanıram".

Qeyd edək ki, E.Baxış əvvəllər TƏBİB-in ictimaiyyətlə əlaqələr şöbəsində işləyib. Agentlikdəki vəzifəyə isə o, təxminən, bir il öncə təyin edilmişdi.

Elnarə Baxış vəzifədən ayrıldı – FOTO - foto 1

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Bizim.media tətbiqi
Xəbərləri tətbiqdə oxuyun
Bizim.media tətbiqini yükləyin, son xəbərlər bildirişlə telefonunuzda olsun.
YükləApp Store YükləGoogle Play

XƏBƏR LENTİ

Bugün

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO