Ağsu çayı üzərində inşa olunan körpü nə vaxt istifadəyə VERİLƏCƏK? – Rəsmi AÇIQLAMA

Ağsu çayı üzərində inşa olunan körpü nə vaxt istifadəyə VERİLƏCƏK? – Rəsmi AÇIQLAMA

Hazırda oxunan: Ağsu çayı üzərində inşa olunan körpü nə vaxt istifadəyə VERİLƏCƏK? – Rəsmi AÇIQLAMA
644310
Xəbərləri Google-da birbaşa bizim.media-dan alın Google-da bizim.media-ya abunə ol Google axtarışında bizim.media-nı seçilmiş mənbə kimi əlavə edin Abunə ol

“Bakı–Şamaxı–Muğanlı–İsmayıllı–Qəbələ avtomobil yolunun Muğanlı–İsmayıllı hissəsində inşa olunan körpüdə tikinti işləri hazırda davam etdirilir. Ərazidə körpünün dayaqlarının inşası üzrə müvafiq işlər həyata keçirilir”.

Bu barədə Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyindən (AAYDA) Bizim.Media-nın sorğusuna cavab olaraq məlumat verilib.

Körpünün nə zaman istifadəyə verilməsinə gəldikdə isə qurumdan qeyd olunub ki, sözügedən ərazidə tikinti işləri layihə üzrə nəzərdə tutulmuş qrafikə uyğun olaraq icra olunur:

“İşlərin layihədə müəyyən edilmiş müddət ərzində yekunlaşdırılması və körpünün istifadəyə verilməsi nəzərdə tutulur”.

Xatırladaq ki, qeyd edilən körpünün inşasına Prezidentin 31 iyul 2020-ci il tarixli sərəncamına əsasən başlanılıb.

Bu məqsədlə Azərbaycan Respublikasının 2020-ci il dövlət büdcəsində nəzərdə tutulmuş Prezidentin ehtiyat fondundan Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinə ilkin olaraq 15,0 (on beş) milyon manat ayrılıb.
 

Muğanlı-İsmayıllı-Qəbələ avtomobil yolunun 4.5-ci kilometrliyində Ağsu çayı üzərində inşa olunan asma körpünün ümumi uzunluğu 1135 metr, hündürlüyü çay səviyyəsindən 76,5 metr, asma qüllələrin hündürlüyü isə 142 metrdir.


Eyni zamanda, yol 4 hərəkət zolağından ibarətdir. Körpünün bu parametrlərdə layihəndirilməsində əsas məqsəd mövcud Muğanlı-İsmayıllı avtomobil yolunda olan dolamacların sayını minimuma endirmək və yolda baş verə biləcək sürüşmələrin qarşısını almaqdır.

Günay Şahmar, Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Bizim.media tətbiqi
Xəbərləri tətbiqdə oxuyun
Bizim.media tətbiqini yükləyin, son xəbərlər bildirişlə telefonunuzda olsun.
YükləApp Store YükləGoogle Play

XƏBƏR LENTİ

Bugün

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO