
- A-
- A
- A+
Fransa “Avropanın yeni xəstə adamı” adlandırıldı
Fransa prezident seçkiləri ərəfəsində “Avropanın yeni xəstə adamı” statusu alıb.
Bizim.Media xəbər verir ki, bu qiymətləndirməni “Politico” nəşri verib.
Nəşr bu ifadəni İtaliya senatoru Mario Montinin fikirləri ilə əlaqələndirib. Onun sözlərinə görə, Fransa uzun müddət Avropa İttifaqının fiskal qaydalarını öz siyasi və iqtisadi nüfuzundan istifadə edərək yan keçməyə çalışan ölkə kimi qəbul edilib.
Fransanın bu cür xarakterizə olunmasının əsas səbəbi ölkənin maliyyə vəziyyətinin kəskin pisləşməsidir.
Keçmiş baş nazir Mişel Barnye ölkənin maliyyə böhranı ərəfəsində olduğunu bildirib. Nəşr həmçinin etiraz əhval-ruhiyyəsinin güclənməsinin ölkədaxili siyasi sabitliyə təsir etdiyini qeyd edib.
Oktyabrın 24-də Fransada baş verən iğtişaşlar zamanı polis təxminən 1 300 nəfəri saxlayıb. Təcili xidmətlər yanğınların söndürülməsi üçün 75 dəfə çağırışa gedib. Bir həftə əvvəl isə bu göstərici 2 025 olub.
Bizim.Media
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

































































































