
- A-
- A
- A+
“iPhone Duo” istifadəçiləri ŞİKAYƏT EDİR: Qatlana bilən ekranlarda nasazlıq yaranıb
Bəzi istifadəçilər “iPhone Duo” smartfonlarının qatlanan ekranlarında yaranan problemlərdən şikayətlənirlər.
Bizim.Media xəbər verir ki, bu barədə “Bloomberg” məlumat yayıb.
İstifadəçilər telefonu açarkən xırıltıya bənzər səsin eşidildiyini və ekranın qatlanma xətti boyunca böyük çatların əmələ gəldiyini bildirirlər.
Bəzi cihaz sahibləri isə ekranın sağ tərəfində ağ ləkənin yaranmasından və digər nasazlıqlardan narazıdırlar.
“Apple” şirkəti problemdən xəbərdar olduğunu təsdiqləyib. Bununla belə, şirkət bu modelə aid smartfonların əksəriyyətinin normal işlədiyini bildirib.
Qeyd edək ki, ötən həftə satışa açılan və başlanğıc qiyməti 1999 dollar (təxminən 3400 manat) olan smartfon elə ilk gündən satış rekordu qırıb.
Bizim.Media
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.






























































































