
- A-
- A
- A+
Nəşi 14 gün neytral zonada qalan 18 yaşlı şəhid Malik Xeyirbəyovun həyat HEKAYƏSİ - VİDEO
Bir ana üçün övladının səsini sonuncu dəfə eşitdiyi gün heç vaxt unudulmur. Şəhid Malik Xeyirbəyovun ailəsi də oğullarının səsini sonuncu dəfə oktyabrın 9-da eşidib. Bundan sonra başlayan intizar isə acı xəbərlə başa çatıb. Cəmi 18 yaşında Vətən uğrunda şəhid olan Malikin nəşi 14 gün neytral zonada qalıb. Oktyabrın 26-da Qusara gətirilən nəşin kimliyi atası tərəfindən müəyyənləşdirilib.
Bu evdə indi Malikin xatirələri, yarımçıq qalan arzuları, bir də yolunu gözləyən anasının ürəyindəki nisgil var...
Malik Samik oğlu Xeyirbəyov Qusar rayonunun Cibir kəndində dünyaya göz açıb. Ailənin ikinci övladı olan Malik Odlar Yurdu Kollecində təhsil alırdı. Birinci kursu başa vurduqdan sonra hərbi xidmətə yollanmışdı. Cəmi 5 ay idi xidmət edirdi Vətən müharibəsi başladı.
Beyləqandakı hərbi hissələrdən birində xidmət edən Malik döyüş bölgəsinə göndərildi. O gündən ailəsinin həyatında intizar dolu günlər başladı...
Ətraflı Bizim.Media-nın videosüjetində:
Aytəkin Alxaslı, Ələkbər Babayev, Bizim.Media
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.































































































