Laçında keçmiş məcburi köçkünlərin müraciətləri dinlənildi - FOTO

Laçında keçmiş məcburi köçkünlərin müraciətləri dinlənildi - FOTO

Hazırda oxunan: Laçında keçmiş məcburi köçkünlərin müraciətləri dinlənildi - FOTO
644384
Xəbərləri Google-da birbaşa bizim.media-dan alın Google-da bizim.media-ya abunə ol Google axtarışında bizim.media-nı seçilmiş mənbə kimi əlavə edin Abunə ol

Prezident İlham Əliyevin tapşırığına uyğun olaraq, Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin sədri Rövşən Rzayev oktyabrın 26-da Laçın rayonunda vətəndaşlarla görüşüb.

Dövlət Komitəsindən Bizim.Media-ya verilən məlumata görə, görüşdə Laçın və Kəlbəcər rayonlarından olan keçmiş məcburi köçkünlərin qayıdışın təşkili, vahid aylıq müavinət, məşğulluq və sosial müdafiə məsələləri ilə bağlı müraciətləri dinlənilib.
 

Vətəndaşların diqqətinə çatdırılıb ki, Prezident İlham Əliyevin sosial siyasətində məcburi köçkünlərin yaşayış şəraitinin yaxşılaşdırılması və məşğulluğunun artırılması prioritet istiqamətlərdəndir.


Birinci vitse-prezident Mehriban Əliyevanın bu kateqoriyadan olan insanlara xüsusi diqqət və qayğı göstərdiyi də xüsusilə vurğulanıb. Həmçinin Böyük Qayıdış çərçivəsində köçürülmənin mərhələli şəkildə davam etdiyi və müvəqqəti məskunlaşma yerlərində daha ağır şəraitdə yaşayan ailələrə üstünlük verildiyi bildirilib.

Görüş zamanı müraciətlər fərdi qaydada araşdırılıb, qaldırılan bir sıra məsələlərlə bağlı müvafiq tədbirlər görülüb, digər suallar üzrə qanunvericiliyin tələblərinə uyğun izahatlar verilib.

Laçında keçmiş məcburi köçkünlərin müraciətləri dinlənildi - FOTO - foto 6


Laçında keçmiş məcburi köçkünlərin müraciətləri dinlənildi - FOTO - foto 1
Laçında keçmiş məcburi köçkünlərin müraciətləri dinlənildi - FOTO - foto 2
Laçında keçmiş məcburi köçkünlərin müraciətləri dinlənildi - FOTO - foto 3
Laçında keçmiş məcburi köçkünlərin müraciətləri dinlənildi - FOTO - foto 4
Laçında keçmiş məcburi köçkünlərin müraciətləri dinlənildi - FOTO - foto 5


Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Bizim.media tətbiqi
Xəbərləri tətbiqdə oxuyun
Bizim.media tətbiqini yükləyin, son xəbərlər bildirişlə telefonunuzda olsun.
YükləApp Store YükləGoogle Play

XƏBƏR LENTİ

Bugün

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO