
- A-
- A
- A+
Dövlət müəssisələri ilə bağlı YENİ QƏRAR
“Dövlət büdcəsindən dövlət investisiya proqramları çərçivəsində dövlət müəssisələrinə ayrılan vəsaitlər hesabına alınan və ya quraşdırılan aktivlərə görə vergitutma məqsədləri üçün amortizasiya hesablanmasına yol verilən investisiya layihələrinə dair meyarlar” təsdiq edilib.
Bizim.Media xəbər verir ki, bununla bağlı Baş nazir Əli Əsədov Qərar imzalayıb.
Qərara əsasən, bu Meyarlar dövlət investisiya proqramları çərçivəsində dövlət büdcəsindən dövlət müəssisələrinə ayrılan vəsaitlər hesabına alınan və ya quraşdırılan əsas vəsaitlərə və qeyri-maddi aktivlərə görə vergitutma məqsədləri üçün investisiya layihələri üzrə meyarları müəyyən edir.
Həmçinin bu Meyarlar Azərbaycan Respublikası Vergi Məcəlləsinin 104.9-cu maddəsinə əsasən hazırlanmışdır və Məcəllənin 114.10-cu maddəsində nəzərdə tutulan investisiya layihələrinə şamil olunur.
Qərarla bağlı daha ətraflı məlumatı buradan əldə edə bilərsiniz.
Bizim.Media
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
































































































