Deputatın oğlunun iştirak etdiyi qətllə bağlı daha iki nəfər HƏBS EDİLDİ - YENİLƏNİB

Deputatın oğlunun iştirak etdiyi qətllə bağlı daha iki nəfər HƏBS EDİLDİ - YENİLƏNİB

Hazırda oxunan: Deputatın oğlunun iştirak etdiyi qətllə bağlı daha iki nəfər HƏBS EDİLDİ - YENİLƏNİB
644364
Xəbərləri Google-da birbaşa bizim.media-dan alın Google-da bizim.media-ya abunə ol Google axtarışında bizim.media-nı seçilmiş mənbə kimi əlavə edin Abunə ol

Bakıda kütləvi dava zamanı "Sabunçu Ceyhun" ləqəbli şəxsin qətlə yetirilməsində təqsirləndirilən şəxslərin kimliyi dəqiqləşdirilib.

Bizim.Media xəbər verir ki, saxlanılan şəxslər 2002-ci il təvəllüdlü Rəhimov Emin Qoşqar oğlu və 1993-cü il təvəllüdlü Cəfərov Elmar Şücaət oğludur.

Qətli törədərək hadisə yerindən qaçıb gizlənən həmin şəxslər Dövlət Təhlükəsizliyi Xidmətinin (DTX) keçirdiyi peşəkar əməliyyat-axtarış tədbirləri nəticəsində müəyyən edilərək saxlanılıblar.
 

Xətai rayonundakı restoranların birində baş verən ağır cinayətlə əlaqədar təqsirləndirilən bu şəxslər barəsində həbs qətimkan tədbirinin seçilməsi ilə bağlı istintaq orqanının təqdimatına baxılıb. Binəqədi Rayon Məhkəməsində keçirilən prosesdə qərar qəbul olunub. Qərara əsasən, Rəhimov Emin Qoşqar oğlu və Cəfərov Elmar Şücaət oğlu barəsində 4 ay müddətinə həbs qətimkan tədbiri seçilib.


Xatırladaq ki, daha əvvəl qeyd edildiyi kimi, hadisə yerində olan, cinayətkar aləmin qaydalarına uyğun həyat tərzi keçirməklə mütəmadi qanunsuz fəaliyyətlə məşğul olan şəxslər də müəyyən edilib.

Onların kriminal araşdırmalar aparmaqla hədə-qorxu yolu ilə pul tələb etdikləri, cinayətkar dairələrdə nüfuz qazanmaq və tələblərinə tabe olmayan şəxsləri sərt cəzalandırmaq məqsədilə odlu, həmçinin soyuq silahlardan istifadə etməklə qəsdən sağlamlığa ağır zərər vurulması məqsədilə cinayətkar birlik yaratdıqları və onun fəaliyyətində iştirak etdikləri müəyyənləşdirilib.

Baş Prokurorluğun və Daxili İşlər Nazirliyinin istintaq qrupunun birgə keçirdiyi tədbirlər nəticəsində həmin şəbəkənin digər 11 üzvü də saxlanılıb.

Cinayət işi üzrə istintaq-əməliyyat tədbirləri davam etdirilir.

***18:40

Xətai rayonu, General Şıxlinski küçəsində yerləşən restoranlardan birində 43 yaşlı C. Mirağayevin bıçaq xəsarətləri ilə qətlə yetirilməsi ilə bağlı saxlanılan daha iki nəfər barəsində həbs qətimkan tədbiri seçilib.

Bizim.Media report-a istinadən xəbər verir ki, Binəqədi rayon Məhkəməsində keçirilən prosesdə istintaq orqanının təqdimatı təmin edilib.

Rəhimov Emin Qoşqar oğlu və Cəfərov Elmar Şücaət oğlu barəsində 4 ay müddətə həbs qətimkan tədbiri seçilib.

Belə ki, Azərbaycan Respublikası CM-in 120.2.1-ci maddəsi ilə təqsirləndirilən şəxs qismində cəlb edilmiş Cəfərov Elmar Şücaət oğlu və Rəhimov Emin Qoşqar oğlu barəsində həbs qətimkan tədbirinin seçilməsinə dair təqdimat və vəsatət təmin edilmiş və barələrində həbsdə olma müddətinin əvvəli 24 oktyabr 2026-cı il tarixdən hesablanmaqla həbsdə saxlama müddəti 4 ay həddində müəyyən edilib.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Bizim.media tətbiqi
Xəbərləri tətbiqdə oxuyun
Bizim.media tətbiqini yükləyin, son xəbərlər bildirişlə telefonunuzda olsun.
YükləApp Store YükləGoogle Play

XƏBƏR LENTİ

Bugün

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO