“Qızıl top”un "qalib"ini səhvən açıqladılar - FOTO

“Qızıl top”un "qalib"ini səhvən açıqladılar - FOTO

Hazırda oxunan: “Qızıl top”un "qalib"ini səhvən açıqladılar - FOTO
644411
Xəbərləri Google-da birbaşa bizim.media-dan alın Google-da bizim.media-ya abunə ol Google axtarışında bizim.media-nı seçilmiş mənbə kimi əlavə edin Abunə ol

“Qızıl top” mükafatının rəsmi saytında 2026-cı ilin qalibi ilə bağlı yanlış paylaşım edilib.

Bizim.Media xəbər verir ki, bu barədə jurnalist və insayder Ben Ceykobs “X” sosial şəbəkəsində məlumat yayıb.
 

Belə ki, saytın müvafiq səhifəsində “Bavariya”nın hücumçusu Harri Keyn, “Barselona”nın futbolçusu Lamin Yamal və “Real”ın hücumçusu Kilian Mbappenin adları yer alıb. Lakin həmin məlumat qısa müddət sonra saytdan silinib.


Hadisənin texniki səhv nəticəsində baş verdiyi ehtimal olunur. Bununla belə, paylaşımın qalibin kimliyini göstərib-göstərmədiyi barədə rəsmi açıqlama verilməyib.

Qeyd edək ki, “Qızıl top”un 70-ci təqdimetmə mərasimi bu gün Londonda keçiriləcək. Kişilər arasında mükafatın qalibi FİFA reytinqində ilk 100-lükdə yer alan ölkələri təmsil edən 100 futbol jurnalistinin səsverməsi ilə müəyyənləşdirilir.

“Qızıl top”un
“Qızıl top”un
“Qızıl top”un


Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Bizim.media tətbiqi
Xəbərləri tətbiqdə oxuyun
Bizim.media tətbiqini yükləyin, son xəbərlər bildirişlə telefonunuzda olsun.
YükləApp Store YükləGoogle Play

XƏBƏR LENTİ

Bugün
Dünən

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO