Bakıda 20 yaşlı oğlan sevgilisini BMW-nin içərisində döydü

Bakıda 20 yaşlı oğlan sevgilisini BMW-nin içərisində döydü

Hazırda oxunan: Bakıda 20 yaşlı oğlan sevgilisini BMW-nin içərisində döydü
644316
Xəbərləri Google-da birbaşa bizim.media-dan alın Google-da bizim.media-ya abunə ol Google axtarışında bizim.media-nı seçilmiş mənbə kimi əlavə edin Abunə ol

Bakıda 20 yaşlı oğlan sevgilisini avtomobilinin içərisində döyüb.

Bizim.Media xəbər verir ki, hadisə paytaxtın Nəsimi rayonu ərazisindəki restoranlardan birinin parklanma məntəqəsində baş verib.

Bakı şəhər sakini, 2006-cı il təvəllüdlü Cavid Mirzəyev (ad və soyad-şərtidir - red.) sevgilisi ilə birlikdə parklanma sahəsində olarkən aralarında mübahisə yaranıb.

Qız Caviddən ayrılmaq qərarı verib və özünə məxsus BMW markalı avtomobilinə əyləşib.
 

Cavid əsəbiləşərək qadını maşından düşürmək istəsə də alınmayıb. O, xanımın avtomobilinə əyləşərək onu döyüb. Qadın müxtəlif bədən xəsarətləri alıb və hadisə yerinə hüquq-mühafizə orqanlarını çağırıb. Polis əməkdaşları Cavidi saxlayıblar.


Faktla bağlı cinayət işi məhkəməyə göndərilib. Məhkəmə istintaqı zamanı tərəflər arasında barışıq elan olunduğundan cinayət işinə xitam verilib. (Oxu.az)

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Bizim.media tətbiqi
Xəbərləri tətbiqdə oxuyun
Bizim.media tətbiqini yükləyin, son xəbərlər bildirişlə telefonunuzda olsun.
YükləApp Store YükləGoogle Play

XƏBƏR LENTİ

Bugün

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO