Türkiyənin Konya şəhərində tükürpədici olay yaşanıb.
Bizim.Media Türkiyə mətbuatına istinadən xəbər verir ki, atanın əlləri ilə boğaraq öldürdüyü 10 yaşlı oğlu Hüseyn Kılınçerin dayısı Muhammet Atçeken dəhşətli qətldən danışıb. Onun sözlərinə görə bacısı günlərlə övladının məzarı başından çəkilmir:
MÖVZU İLƏ BAĞLI:
İki qardaşın qatili ömürlük həbsdə qaldı – Məhkəmə qərarı
“Bacım hər gün məzarı ziyarət edərək “oğlum mənsiz yata bilməz, yer çox soyuqdur” deyə fəryad edir.
Hadisə Böyük Sinan məhəlləsi Kalemkar İlyas Sokak ərazisində baş verib. Mənzil nəzarətçisi İsmail Kılınçer həyat yoldaşı Rabia Kılınçeri bazara göndərib. O, oğlu Hüseyn Kılınçeri yerə yıxıb, ayaqları arasında tutaraq əlləri ilə boğub.
Evdən çıxaraq qapını kilidləyən Kılınçer polislə əlaqə saxlayıb və "birini öldürdüm" deyib. Polis əməkdaşları deyilən ünvana daxil olanda azyaşlının cansız bədəni ilə qarşılaşıblar.
İsmayıl Kılınçer ifadəsində oğlunu 2 həftə əvvəl öldürməyi planlaşdırdığını etiraf edib:
“Cinayəti 2 həftədir planlaşdırıram. Hadisədən əvvəl qəsdən arvadımı market alış-verişinə göndərdim. Oğluma dedim ki, onu öldürəcəyəm, ondan üzr istəyib qucaqladım və öpdüm.
Hüseyn, “ata, mən də üzr istəyirəm” deyərək məni öpdü. Onu ayaqlarım arasında boğaraq öldürdüm”.
İfadəsində keçmişdə çox günah işlədiyini və cəhənnəmə gedəcəyini söyləyən İsmayıl Kılınçer oğlunu da məhz bu səbəbdən qətlə yetirdiyini deyib:
“Çox günah etdim və cəhənnəmə gedəcəyəm. Oğlum böyüdükcə günaha girəcək. İnsan nə qədər uzun yaşasa, o qədər günaha girir. Oğlum böyüdükcə mənim kimi olmasını istəmirdim. Günahsız olanda cənnətə göndərmək istədim".
"Öldürərkən üzünü örtdüm. Məni görməməsi üçün əynindəki papaqlı köynəklə üzünü bağladım və gözlərinə baxmadan boğdum”.
Alçina Amilqızı, Bizim.Media