Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan azərbaycanlı professor Dr. Aygün Attarın Təhlükəsizlik və Xarici Siyasət Şurasının üzvü təyin edilməsi haqqında fərman imzalayıb.
Bizim.Media xəbər verir ki, fərman “Resmi Gazete”də dərc edilib.
MÖVZU İLƏ BAĞLI:
Ərdoğan azərbaycanlı jurnalist Sevil Nuriyevanı qəbul etdi
Xatırladaq ki, Aygün Attar 1962-ci ildə Qubadlıda anadan olub. 1986-cı ildə Bakı Dövlət Universitetini bitirib, 1993-cü ildə Rusiya Elmlər Akademiyasının Tarix şöbəsində doktorluq müdafiəsi edib.
O, 1990-cı illərin ortalarından Türkiyədə yaşayır və Türkiyə vətəndaşıdır. 2012-2016-cı illərdə Türkiyənin Girəsun Universitetinin rektoru olub.
Aygün Attar 2019-cu ildə Türkiyədə Azərbaycan Dostluq, Əməkdaşlıq və Həmrəylik Fondunun prezidenti seçilib.
Azərbaycanlı alim Türkiyə Hərbi Tarix Komissiyasının, Avstriya Türk elmi idarəsinin və Dünya Türkləri Konqresinin üzvüdür.
Evlidir, üç uşağı var.
Bizim.Media