
- A-
- A
- A+
Azərbaycanda sabaha olan hava PROQNOZU
Oktyabrın 3-nə gözlənilən hava şəraiti açıqlanıb.
Milli Hidrometeorlogiya Xidmətindən Bizim.Media-ya verilən məlumata görə, oktyabrın 3-ü Bakıda və Abşeron yarımadasında havanın dəyişkən buludlu olacağı, arabir tutulacağı gözlənilir.
Gecə və səhər bəzi yerlərdə yağış yağacağı ehtimalı var. Mülayim cənub küləyi əsəcək.
Havanın temperaturu gecə 18-20° isti, gündüz 25-29° isti, Bakıda gecə 18-20° isti, gündüz 26-28° isti olacaq.
Atmosfer təzyiqi 757 mm civə sütunundan 761 mm civə sütununa yüksələcək. Nisbi rütubət 60-70 % olacaq.
Azərbaycanın rayonlarında hava əsasən yağmursuz olacaq. Gecə və səhər bəzi yerlərdə duman olacaq. Mülayim şərq küləyi əsəcək. Havanın temperaturu gecə 15-19° isti, gündüz 29-34° isti, dağlarda gecə 3-8° isti, gündüz 15-20° isti olacaq.
Bizim.Media
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.






























































































