Həyat yoldaşı ilk dəfə vəsiyyət qalmaqalından danışdı

Həyat yoldaşı ilk dəfə vəsiyyət qalmaqalından danışdı

Hazırda oxunan: Həyat yoldaşı ilk dəfə vəsiyyət qalmaqalından danışdı
643842
Xəbərləri Google-da birbaşa bizim.media-dan alın Google-da bizim.media-ya abunə ol Google axtarışında bizim.media-nı seçilmiş mənbə kimi əlavə edin Abunə ol

Türkiyəli mərhum aktyor Kadir İnanırın vəsiyyəti ətrafında yaranan müzakirələr səngimək bilmir.

Bizim.Media xəbər verir ki, mərhum aktyorun bütün əmlakını həyat yoldaşı Jülide Kurala vəsiyyət etdiyi barədə yayılan məlumatlardan sonra ailə üzvləri arasında mübahisələr yaranıb.

İnanırın bacısı oğlu Levent İnanır vəsiyyətnaməyə etiraz edəcəyini açıqlayıb.

İndiyədək müzakirələrə münasibət bildirməyən Jülide Kural isə səssizliyini pozub. O, açıqlamasında aktyorun vəfatından hələ dörd ay keçmədiyini xatırladaraq onun xatirəsinə hörmətlə yanaşılmasının vacibliyini vurğulayıb:
 

"Kadiri torpağa tapşırmağımızdan hələ dörd ay belə keçməyib. Onun adına, əməyinə, iradəsinə və şərəfinə hörmət göstərmək yalnız vəfa məsələsi deyil. Bu, insani, əxlaqi və vicdani məsuliyyətdir. İnanıram ki, onun həyatı boyu müdafiə etdiyi dəyərlərə və geridə qoyduğu böyük əməyə hörmət bütün mübahisələrdən üstün tutulmalıdır".


Qeyd edək ki, Kadir İnanır iyunun 26-da 77 yaşında vəfat edib. Onun 2022-ci ildə notariusda tərtib etdiyi sənəddə əmlakını uzun illər həyat yoldaşı olmuş Jülide Kurala vəsiyyət etdiyi bildirilir. Vəsiyyətnamənin açıqlanması ilə bağlı məhkəmə prosesi isə bəzi vərəsələrə bildirişlərin çatdırılmaması səbəbindən dekabrın 17-dək təxirə salınıb.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO