“De Byazi dünənki matçla bağlı doğru seçim etmişdi” – Futbol EKSPERTİ

“De Byazi dünənki matçla bağlı doğru seçim etmişdi” – Futbol EKSPERTİ

Hazırda oxunan: “De Byazi dünənki matçla bağlı doğru seçim etmişdi” – Futbol EKSPERTİ

95889

"Azərbaycan yığmasının həlledici oyunda qalib gəlməsinin səbəbi Qazaxıstan millisinin Azərbaycana eksperimental heyyətlə gəlməsi oldu".

Bu sözləri Bizim.Media-ya verdiyi açıqlamada futbol şərhçisi Mahir Rüstəmli söyləyib.

İdman ekspertinin sözlərinə görə, millimizin dünən keçirdiyi oyunda qalib gəlməsinin Amin Seydiyev və Mahir Emrelinin start heyətdə yer alıb-almaması ilə heç bir əlaqəsi yoxdur:
 

MÖVZU İLƏ BAĞLI:

Ardıcıl üç qələbəyə müəlliflik edən De Byazi millidə qalsın, yoxsa getsin? – VİDEO


“Millimizin mübarizə apardığı qrupun tərkibi çox zəif idi. Avropa çempionatının final mərhələsinə qatılmaq baxımından belə şans yaxın 3-4 ildə inanmıram ki, bir daha əlimizə düşsün. Çünki rəqiblərimiz olan Slovakia və Belorus milli komandalarının real vəziyyəti ortadadır. Həmçinin De Byazi son oyun  üçün hücuma meyilli heyyət seçmişdi.

Mahirə gəlincə o, Zaqreb “Dinamo”sunda start heyyətə düşməkdə çətinlik çəkir. Buna görə də onun ehtiyatda qalması təbiidir. Amil Seydiyev isə daha çox müdafiəyə meyilli oyunçudur.

O, adətən meydanın ən təhlükəli yerlərində yersiz kobudluqlara əl atır. Bundan dolayı rəqiblərimiz standart vəziyyətlərdə üstünlük qazanır. De Byazinin hər iki oyunçu ilə bağlı verdiyi bu qərları doğru hesab edirəm.
Təəssüf edirəm ki, Azərbaycan millisi qrupda lider ola bilmədi. Millətlər liqasının seçmə mərhələsindəki ilk üç oyun təəssüf ki, boşa verildi. Ona görə də, son üç oyunda qazandığımız inamlı qələbələr heç bir əhəmiyyət daşımadı" - deyərək ekspert fikirlərini yekunlaşdırıb.

Leyla Şah, Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO