Son 5 ildə Azərbaycanda neçə əcnəbi təhsil alıb? - STATİSTİKA

Son 5 ildə Azərbaycanda neçə əcnəbi təhsil alıb? - STATİSTİKA

Hazırda oxunan: Son 5 ildə Azərbaycanda neçə əcnəbi təhsil alıb? - STATİSTİKA

95407

Azərbaycanda təhsil alan əcnəbilərin son beş tədris ili üzrə sayı açıqlanıb.

Bizim.Media Elm və Təhsil Nazirliyinə istinadən xəbər verir ki, 2017-2018-ci tədris ilində 5 410, 2018-2019-cu tədris ilində 6 427, 2019-2020-ci tədris ilində 6 615, 2020-2021-ci tədris ilində 6 449 nəfər olub. 

Ötən 2021-2022-ci tədris ilində Azərbaycan ali və orta ixtisas təhsili müəssisələrində ilk dəfə 102 ölkədən 7 332 nəfər əcnəbi və vətəndaşlığı olmayan şəxs təhsil alıb. 

Son tədris ilində ölkəmizdə təhsil alan əcnəbilərin vətəndaşlıqları sırasında ilk onluqda Türkiyə, İran, Gürcüstan, Rusiya, İraq, Nigeriya, Suriya, Hindistan, Pakistan və Çin yer alıb.

Əcnəbi tələbələrin ən çox təhsil aldığı yerli ali təhsil müəssisələri Azərbaycan Tibb Universiteti, Naxçıvan Dövlət Universiteti, Azərbaycan Memarlıq və İnşaat Universiteti, Bakı Dövlət Universiteti, Azərbaycan Dövlət İqtisad Universiteti, Azərbaycan Dövlət Aqrar Universiteti, Azərbaycan Dövlət Neft və Sənaye Universiteti, Azərbaycan Texniki Universiteti, Xəzər Universiteti, ADA Universitetidir. 
2022-2023-cü tədris ili üçün əcnəbi tələbələrin qəbuluna dair statistik məlumat cari ilin sonuna doğru məlum olacaq.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO