Bakıda ağacların qurudulmasının qarşısı alınıb - FOTO

Bakıda ağacların qurudulmasının qarşısı alınıb - FOTO

Hazırda oxunan: Bakıda ağacların qurudulmasının qarşısı alınıb - FOTO

78785

Bakıda ağacların qurudulmasının qarşısı alınıb.

Bakı Şəhər İcra Hakimiyyətindən Bizim.Media-ya verilən xəbərə görə, Buzovna-Maştağa yolundakı ticarət obyektlərin qarşısında bir neçə çoxillik şam ağaclarının bilərəkdən məhv edilməsi ilə bağlı daxil olan məlumatla bağlı Bakı Şəhər Yaşıllaşdırma Təsərrüfatı Birliyi tərəfindən həmin ünvanda araşdırma və inventarizasiya aparılıb.

Ağacların dibindən torpar nümunələri götürülüb və laboratoriyaya analizlərə göndərilib.

Analizlərin nəticəsi kimi ağacların quruması səbəbinin xəstəlik və ya kənar müdaxilə olacağı bilinəcəkdir. Bildirilib ki, ağacların bilərəkdən qurudulması faktı aşkar edilən təqdirdə günahkarlara qarşı ciddi ölçü götürələcəkdir. 
Aparılan araşdırmalarla yanaşı həmin ərazidə Bakı Şəhər Yaşıllaşdırma Təsərrüfatı Birliyi əməkdaşları tərəfindən yeni ağacların əkilməsi təmin edilib, movcud ağaclara aqrotexniki qulluq göstərilib.

Bizim.Media







© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO