Ermənistan Rusiyanın ittihamlarına cavab verdi: “Burada yalnız...”

Ermənistan Rusiyanın ittihamlarına cavab verdi: “Burada yalnız...”

Hazırda oxunan: Ermənistan Rusiyanın ittihamlarına cavab verdi: “Burada yalnız...”
75192
Xəbərləri Google-da birbaşa bizim.media-dan alın Google-da bizim.media-ya abunə ol Google axtarışında bizim.media-nı seçilmiş mənbə kimi əlavə edin Abunə ol

“Ermənistan biolaboratoriyaları qanuna uyğun və respublikanın maraqlarına uyğun fəaliyyət göstərir, burada yalnız Ermənistan vətəndaşları işləyir”. 

Bizim.Media xəbər verir ki, bu barədə cümə axşamı keçirilən brifinqdə ölkənin Təhlükəsizlik Şurasının katibi Armen Qriqoryan bildirib.

Onun sözlərinə görə, bioloji təhlükəsizlik məsələləri həmişə Ermənistan və Rusiyanın təhlükəsizlik şuralarının diqqət mərkəzində olub, İrəvan və Moskva bu istiqamətdə sıx əməkdaşlıq edir.
“Rusiyalı tərəfdaşlarımız tərəfindən verilən bütün suallar tam cavablandırılıb. Ermənistanla Rusiya arasında biotəhlükəsizliklə bağlı memorandum var, bu sənəd həm də əməkdaşlığımızı tənzimləyir”.

Xatırladaq ki, daha əvvəl Rusiyanın Ermənistandakı səfirliyi “respublikada Ukraynada biolayihələrdə iştirak edən strukturların olduğunu” bildirmişdi.

Rusiya diplomatik missiyasının bəyanatına görə, biotəhlükəsizliyə dair memorandumun icrası kontekstində Ermənistan və ABŞ arasında bioloji sahədə, o cümlədən hərbi idarələr vasitəsilə qarşılıqlı əlaqəyə dair daxil olan məlumatlarla bağlı suallar qalmaqdadır. 

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Bizim.media tətbiqi
Xəbərləri tətbiqdə oxuyun
Bizim.media tətbiqini yükləyin, son xəbərlər bildirişlə telefonunuzda olsun.
YükləApp Store YükləGoogle Play

XƏBƏR LENTİ

Bugün
Dünən

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO