
- A-
- A
- A+
İlham Əliyev Aleksandr Zuyevi qəbul etdi - VİDEO
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev oktyabrın 26-da BMT-nin Terrorçuluqla Mübarizə İdarəsinin Baş katibinin müavini vəzifəsini icra edən Aleksandr Zuyevi qəbul edib.
Bizim.Media xəbər verir ki, söhbət zamanı Azərbaycanla BMT-nin müxtəlif qurumları arasında səmərəli tərəfdaşlığın qurulduğu qeyd olundu, bu xüsusda ölkəmizin BMT-nin Terrorçuluqla Mübarizə İdarəsi ilə əməkdaşlığına dair məsələlər ətrafında fikir mübadiləsi aparıldı.
Azərbaycanın terrorçuluqla mübarizəyə qlobal səviyyədə verdiyi töhfələr yüksək qiymətləndirildi.
Görüşdə Bakıda keçiriləcək Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumunun qlobal səviyyədə aktual mövzuların müzakirəsi üçün yaxşı imkan yaradacağı vurğulandı, bu tədbirin nüfuzunun ilbəil artdığı qeyd edildi.
Bizim.Media
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

































































































