Avropa çempionatında Azərbaycan 6-cı medalı qazandı

Avropa çempionatında Azərbaycan 6-cı medalı qazandı

Hazırda oxunan: Avropa çempionatında Azərbaycan 6-cı medalı qazandı

67793

Azərbaycan yunan-Roma güləşçisi Həsrət Cəfərov Macarıstanın paytaxtı Budapeştdə keçirilən Avropa çempionatında bürünc medal görüşünə çıxıb.

Bizim.Media xəbər verir ki, 67 kq çəki dərəcəsində rəqib serbiyalı Sebastyan Nad olub.

Rəqibinə 8:1 hesabı ilə qalib gələn Cəfərov böyüklərin yarışında ilk dəfə nüfuzlu yarışda mükafatçılar sırasında yer alıb.

19 yaşlı pəhləvan 2021-ci ildə gənclər arasında Avropa və dünya çempionu, eləcə də U-23 dünya çempionatının qalibi olub.

Bununla da Azərbaycan klassik güləşçilərinin Avropa çempionatında medal sayı 6-ya çatıb.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO