
- A-
- A
- A+
Rusdilli məktəbdə Novruz şənliyi - VİDEOREPORTAJ
Yazın gəlişindən müjdə verən Novruz Vətənimizin hər yerində təmtəraqla qarşılanır. Milli ornamentləri, kosa, keçəl və digər simvollarına görə rəngarəng olan bu bayram uşaqlar üçün həm də milli qida mənbəyidir.
Müstəqillik dönəmində yeni nəsil keçmiş dəyərlərimizi daha yaxından öyrənir və bayramlarımızı sevərək qeyd edir. Sumqayıt şəhər 1 saylı tam orta məktəbin 4R sinfinin şagirdləri də bu gün Novruz atəşinə toplaşıblar.
Məktəbdən Bizim.Media-ya bildiriblər ki, şagirdlərin nizam-intizamında, milli kimliyimizin öyrədilməsində xüsusi yer verilir.
4R sinif şagirdləri rus dilli bölmə olmalarına baxmayaraq Novruz bayramının onlar üçün daha sevimli, maraqlı olduğunu deyərək, hər kəsi bayram münasibətilə təbrik ediblər.
Tədbir məktəblilərin çal-çağırı və kosa, keçəlin şən zarafatları ilə davam edib.
Məktəbin şənliyindən hazırladığımız videoreportajı sizlərə təqdim edirik:
Səkinə Yusibli, Bizim.Media
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
































































































