
- A-
- A
- A+
Bu azərbaycanlı futbolçularla bağlı məlumat bazası yaradılır
AFFA xaricdə yaşayan və futbol oynayan azərbaycanlı futbolçularla bağlı məlumat bazasının yaradılması istiqamətində işə başlayıb.
Bizim.Media xəbər verir ki, bu barədə qurumun mətbuat xidmətindən məlumat verilib.
Məqsəd 2006-2015-ci il təvəllüdlü, əsasən Avropada yaşayan azərbaycanlı futbolçular barədə məlumat toplamaq, onların futbol karyerasını izləmək və perspektivli oyunçularla əlaqə yaratmaqdır.
AFFA-nın Futbolun İnkişafı Departamenti vasitəsilə toplanacaq məlumatlara futbolçuların yaşı, yaşadığı ölkə, çıxış etdiyi klub və liqa, eləcə də daha əvvəl regional, əyalət, milli və ya seçmə komandalara dəvət alıb-almadığı barədə məlumatlar daxildir.
Federasiyanın bu addımı xaricdə yaşayan azərbaycanlı futbolçuların müəyyənləşdirilməsi, onların inkişafının yaxından izlənilməsi və gələcək layihələrə cəlb olunması məqsədi daşıyır.
Bizim.Media
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.































































































