Xaçmazda 28 kilometrlik yol əsaslı təmir edilir - FOTO

Xaçmazda 28 kilometrlik yol əsaslı təmir edilir - FOTO

Hazırda oxunan: Xaçmazda 28 kilometrlik yol əsaslı təmir edilir - FOTO
624802
Xəbərləri Google-da birbaşa bizim.media-dan alın Google-da bizim.media-ya abunə ol Google axtarışında bizim.media-nı seçilmiş mənbə kimi əlavə edin Abunə ol

Xaçmaz rayonunda uzun müddətdir sakinlərin gözlədiyi yol layihəsinin icrasına start verilib. Azərbaycan Respublikası Prezidentinin 11 iyun 2025-ci il tarixli sərəncamına əsasən, Gəndob–Xaçmaz–Yalama–Rusiya Federasiyası ilə dövlət sərhədi avtomobil yolundan ayrılan və 13 kəndi – Köhnə Xaçmaz, Xaspoladoba, Gəncəli, Babəli, Əzizli, Əhmədoba, Müşviq, Müşkür, Hacıqazma, Hacıəhmədoba, Şərifoba, Qaracəlli və Xəzərli kəndlərini birləşdirən 28 kilometrlik yolun əsaslı təmiri və asfaltlanması işlərinə başlanılıb.

Bizim.Media xəbər verir ki, hzırda əraziyə xüsusi texnikalar cəlb olunub, yolun müxtəlif hissələrində təmir və asfalt örtüyünün salınması üçün hazırlıq işləri görülür.

Layihənin mərhələli şəkildə həyata keçirilməsi planlaşdırılır. Tikinti işlərini Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinin (AAYDA) 14 saylı Xüsusi Təyinatlı Yol İstismar İdarəsinin inşaatçıları aparır.

Qeyd edək ki, ölkə başçısının 11 iyun 2025-ci il tarixli, 623 nömrəli Sərəncamı ilə sözügedən layihənin icrası üçün ilkin olaraq 1,5 milyon manat vəsait ayrılıb.

Xaçmazda 28 kilometrlik yol əsaslı təmir edilir - FOTO - foto 1
Xaçmazda 28 kilometrlik yol əsaslı təmir edilir - FOTO - foto 2
Xaçmazda 28 kilometrlik yol əsaslı təmir edilir - FOTO - foto 3
Xaçmazda 28 kilometrlik yol əsaslı təmir edilir - FOTO - foto 4

Aytəkin Alxaslı, Bizim.Media, Şimal bürosu

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Bizim.media tətbiqi
Xəbərləri tətbiqdə oxuyun
Bizim.media tətbiqini yükləyin, son xəbərlər bildirişlə telefonunuzda olsun.
YükləApp Store YükləGoogle Play

XƏBƏR LENTİ

Bugün
Dünən

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO