Rusiya ordusu bütün Ukrayna üzərində hava üstünlüyü qazandı

Rusiya ordusu bütün Ukrayna üzərində hava üstünlüyü qazandı

Hazırda oxunan: Rusiya ordusu bütün Ukrayna üzərində hava üstünlüyü qazandı

62325

Rusiya ordusu bütün Ukrayna üzərində hava üstünlüyü əldə edib.  

Bizim.Media xəbər verir ki, bu barədə Rusiya Müdafiə Nazirliyinin xüsusi nümayəndəsi, general-mayor İqor Konaşenkov keçirilən  brifinqdə bildirib.  

“Ümumilikdə, əməliyyatın əvvəlindən Rusiya Federasiyası Silahlı Qüvvələri Ukraynanın 1114 hərbi infrastruktur obyektini, o cümlədən Ukrayna Silahlı Qüvvələrinin 31 komanda məntəqəsi və rabitə mərkəzini, 314 tankı və digər zirehli döyüş vasitələrini, 57 reaktiv yaylım atəş sistemi, 121 səhra artilleriya qurğusu və minaatan, 274 ədəd xüsusi təyinatlı hərbi maşını məhv edib” – deyə Konaşenkov qeyd edib.  

Onun sözlərinə görə, Rusiya hərbçiləri Zaporojye Atom Elektrik Stansiyasının ətrafındakı əraziyə nəzarəti ələ keçirib.  

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO