Sakinlər torpaq sahələri ilə bağlı Qusarın icra başçısından kömək istədilər - FOTO

Sakinlər torpaq sahələri ilə bağlı Qusarın icra başçısından kömək istədilər - FOTO

Hazırda oxunan: Sakinlər torpaq sahələri ilə bağlı Qusarın icra başçısından kömək istədilər - FOTO
618315
Xəbərləri Google-da birbaşa bizim.media-dan alın Google-da bizim.media-ya abunə ol Google axtarışında bizim.media-nı seçilmiş mənbə kimi əlavə edin Abunə ol

Qusar Rayon İcra Hakimiyyəti başçısının növbəti səyyar vətəndaş qəbulu iyunun 9-da rayonun Zuxul kəndində keçirilib.

Bizim.Media-nın yerli bürosu xəbər verir ki, səyyar qəbulda Qusar Rayon İcra Hakimiyyətinin başçısı Sahir Məmmədxanov, rayonun hüquq-mühafizə orqanlarının rəhbərləri, idarə, müəssisə və xidmət sahələrinin rəhbərləri, kənd sakinləri iştirak edib.

Səyyar qəbulda kənd sakinləri kənddə suvarma suyunun azlığı, istismara yararsız elektrik dirəklərinin yenilənməsi ilə bağlı müraciətlərini səsləndiriblər. Həmçinin sakinlər istifadə etdikləri torpaq sahələrinin sənədləşdirilməsinə köməklik göstərilməsini xahiş ediblər.

Rayon icra hakimiyyətinin başçısı kənd sakinlərinin məşğuliyyəti, kənd məktəbində tədrisin keyfiyyəti, şagird sayı, onların dərsə davamiyyəti ilə maraqlanıb.
 

İcra başçısı əhalidən torpaq və əmlak vergilərinin vaxtında yığılmasının, bildirişlərin göndərilməsinin vacibliyini qeyd edib. Həmçinin əhalinin fərdi yaşayış evlərini və təsərrüfatlarını sığortalamaqla mümkün zərərlərdən qorunması üçün onların maarifləndirilməsinin zəruriliyini qeyd edib.


Səyyar qəbulda sakinlərin müraciətləri dinlənilib. Qaldırılan məsələlərin qanunvericiliyə uyğun həlli üçün aidiyyəti qurumlara müvafiq tapşırıqlar verilib, icrası nəzarətə götürülüb.

Sakinlər torpaq sahələri ilə bağlı Qusarın icra başçısından kömək istədilər - FOTO - foto 1
Sakinlər torpaq sahələri ilə bağlı Qusarın icra başçısından kömək istədilər - FOTO - foto 2
Sakinlər torpaq sahələri ilə bağlı Qusarın icra başçısından kömək istədilər - FOTO - foto 3

Aytəkin Alxaslı, Şimal Bürosu, Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Bizim.media tətbiqi
Xəbərləri tətbiqdə oxuyun
Bizim.media tətbiqini yükləyin, son xəbərlər bildirişlə telefonunuzda olsun.
YükləApp Store YükləGoogle Play

XƏBƏR LENTİ

Bugün
Dünən

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO