ABŞ-da körpə nadir əməliyyatla iki dəfə “dünyaya gətirildi” – FOTO

ABŞ-da körpə nadir əməliyyatla iki dəfə “dünyaya gətirildi” – FOTO

Hazırda oxunan: ABŞ-da körpə nadir əməliyyatla iki dəfə “dünyaya gətirildi” – FOTO
611539
Xəbərləri Google-da birbaşa bizim.media-dan alın Google-da bizim.media-ya abunə ol Google axtarışında bizim.media-nı seçilmiş mənbə kimi əlavə edin Abunə ol

ABŞ-ın Florida ştatında dünyaya gələn körpə nadir və mürəkkəb əməliyyat sayəsində xilas edilib.

Bizim.Media xəbər verir ki, hamiləliyin 19-cu həftəsində həkimlər döldə yüksək tənəffüs yollarının obstruksiyası sindromu aşkarlayıblar.

Bu, çox nadir rast gəlinən haldır. Belə vəziyyətdə xüsusi membran körpənin tənəffüs yollarını bağlayır və doğuşdan sonra nəfəs almasını mümkünsüz edə bilər.

Həkim Emanuel Vlastos bildirib ki, 42 illik karyerası ərzində bu cür hallarla yalnız bir neçə dəfə qarşılaşıb və onlardan çox azı uğurla nəticələnib.
 

Əvvəlcə ana bətnində lazer əməliyyatı aparmağa cəhd edilsə də, bu müdaxilə nəticə verməyib.Bundan sonra həkimlər daha riskli və nadir üsula əl atıblar. Hamiləliyin 25-ci həftəsində qadına qismən qeysəriyyə əməliyyatı edilib: körpənin başı və qolları ana bətnindən çıxarılıb, lakin bədəni plasenta ilə bağlı saxlanılıb.


Bu zaman LOR-cərrah dərhal körpənin tənəffüs yollarını açıb. Daha sonra körpə yenidən ana bətninə qaytarılıb və hamiləlik davam etdirilib.

Prosedurdan altı həftə sonra uşaq tam olaraq dünyaya gəlib.

Həkimlər bildirirlər ki, körpənin həyatda qalması nadir tibbi uğur kimi qiymətləndirilir.

ABŞ-da körpə nadir əməliyyatla iki dəfə “dünyaya gətirildi” – FOTO - foto 1


Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Bizim.media tətbiqi
Xəbərləri tətbiqdə oxuyun
Bizim.media tətbiqini yükləyin, son xəbərlər bildirişlə telefonunuzda olsun.
YükləApp Store YükləGoogle Play

XƏBƏR LENTİ

Bugün
Dünən

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO