Türkiyə millisi iki yoxlama oyunu keçirəcək

Türkiyə millisi iki yoxlama oyunu keçirəcək

Hazırda oxunan: Türkiyə millisi iki yoxlama oyunu keçirəcək
610719
Xəbərləri Google-da birbaşa bizim.media-dan alın Google-da bizim.media-ya abunə ol Google axtarışında bizim.media-nı seçilmiş mənbə kimi əlavə edin Abunə ol

Türkiyə milli komandası dünya çempionatının final mərhələsinə hazırlıq çərçivəsində iki yoldaşlıq oyunu keçirəcək.

Bizim.Media xəbər verir ki, bu barədə Türkiyə Futbol Federasiyasının (TFF) mətbuat xidməti məlumat yayıb.
 

Vinçentso Montellanın rəhbərlik etdiyi kollektiv iyunun 1-də İstanbulda Şimali Makedoniya yığması ilə üz-üzə gələcək.


"Ay-ulduzlular" beş gün sonra isə ABŞ-nin Fort-Loderdeyl şəhərində Venesuela seçməsi ilə qarşılaşacaq.

Qeyd edək ki, Türkiyə millisi DÇ-2026-nın D qrupunda ABŞ, Paraqvay və Avstraliya ilə mübarizə aparacaq.

Rəşad Rafiqoğlu, Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO