Bakıda yaşayış binasında baş verən yanğında 10 nəfər bina sakini təhlükəsiz əraziyə təxliyə olunub.
Bizim.Media-nın Fövqəladə Hallar Nazirliyinin saytına istinadən xəbərinə görə, Bakı şəhərinin Nizami rayonunda beşmərtəbəli yaşayış binasının birinci mərtəbəsində ümumi sahəsi 54 m² olan mənzilin mətbəxinin yanar konstruksiyaları 10 m² sahədə yanıb və yüksək temperaturdan dəhlizin tavanı 5 m² sahədə qarsalanıb.
Yanğın zamanı yanğınsöndürən və xilasedicilər tərəfindən 10 nəfər bina sakini təhlükəsiz əraziyə təxliyə olunub.
Mənzilin qalan hissəsi və digər mənzillər yanğından mühafizə olunub. Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.
*** 08:41
Bakı şəhəri, Nizami rayonu, Əli Vəliyev küçəsində yerləşən beşmərtəbəli yaşayış binasının birinci mərtəbəsindəki mənzildə baş vermiş yanğın Fövqəladə Hallar Nazirliyinin Dövlət Yanğından Mühafizə Xidmətinin yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.
Bu barədə Bizim.Media-ya FHN-dən bildiriblər.
***08:08
Fövqəladə Hallar Nazirliyinin (FHN) "112" qaynar telefon xəttinə Bakı şəhəri, Nizami rayonu, Əli Vəliyev küçəsində yerləşən beşmərtəbəli yaşayış binasının birinci mərtəbəsindəki mənzildə yanğın olması barədə məlumat daxil olub. Məlumatla əlaqədar FHN-nin Dövlət Yanğından Mühafizə Xidmətinin yanğından mühafizə bölmələri çağırış üzrə cəlb olunub.
FHN-dən Bizim.Media-ya verilən məlumata görə, hazırda yanğının söndürülməsi istiqamətində operativ və təxirəsalınmaz tədbirlər həyata keçirilir.
Bizim.Media
- A-
- A
- A+
Cəmiyyət
09:52 / 21.02.2022
Bakıda yaşayış binasında YANĞIN - 10 nəfər təxliyə edildi - VİDEO
Hazırda oxunan: Bakıda yaşayış binasında YANĞIN - 10 nəfər təxliyə edildi - VİDEO
Hazırda oxunan: Bakıda yaşayış binasında YANĞIN - 10 nəfər təxliyə edildi - VİDEO
61064
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.